Haqqımızda

Hazırda Azərbaycanın 1 saylı “Lombard”ı kimi fəaliyyət göstərən bina 1850-ci illərin ortalarında bank xidmətləri üçün istifadəyə verilmişdir. Bakı milyonçularının davamlı olaraq toplaşdığı azsaylı qədim binalardan biri olan burada 1917-ci ildə Azərbaycanın ilk “Lombard”ı fəaliyyətə başlamışdır.

Müstəqil Azərbaycan Cümhuriyyəti dönəmində fəaliyyətini davam etdirən “Lombard” SSRİ dönəmində dövlətin balansına keçmişdir. SSRİ-nin Əhaliyə Məişət Xidməti Nazirliyinə tabe müəssisə kimi fəaliyyət göstərən “Lombard” əhalinin, xüsusilə də, Bakı kəndlərinin ən güvəndiyi müəssisələrdən biri olub.

Ötən əsrin 80-ci illərinin sonlarında ölkədəki bütün “lombardlar” bu binada yerləşən “Zinyət” Lombardlar Birliyi ətrafında birləşdirilir. Uzun illər ölkədəki bütün lombardları öz tabeçiliyində saxlayan “Zinyət” Lombardlar Birliyi 1998-ci ildə qanunvericilikdəki yeni dəyişikliklərə uyğun olaraq, tabeçiliyindəki bütün “lombard”lara müstəqillik verir. Beləcə, 1 saylı Lombard da yeni qanunlara uyğun olaraq, fəaliyyətini “Məlahət” MMC olaraq, davam etdirir.
Bu gün əhalinin güvəndiyi azsaylı lombardlardan biri olaraq, fəaliyyət göstərən “Lombard N:1” yüz illik adına, etibarına və gələcəyinə önəm verir.

Bu səbəbdən də, öz təməl prinsiplərindən əsla vaz keçmir.

Qeyd edək ki, 1987-ci ildən bəri, 1 saylı Lombarda Azərbaycanın tanınmış hüquqşunası  Məlahət xanım Qurbanova rəhbərlik etməkdədir.